Oni (iblis)

Cəhənnəmi qoruyan Oni heykəli

Oni (yap. ) — yapon mifologiyasında qırmızı, mavi və qara dəriyə malik olan, cəhənnəmin yaponlarda analoqu olan Ciqokuda yaşayan, böyük caynaqları və buynuzu olan insanabənzər iblisdir.

Oninin Avropadakı analoqu şeytancindir.

Oni çox güclü və çətin öldürüləndir. Beləki bədəninin kəsilmiş hissələrinin yerində yenisi çıxır. Döyüşdə tikanları olan dəmir əmuddan - kanabodan istifadə eləyir. Pələng dərisindən hazırlanan fundosi adlanan yan sarğı geyinirlər. Axmağa bənzər xarici görünüşünə baxmayaraq, oni çox hiyləgər və ağıllıdır, həmçinin, insanlara çevrilməyi bacarır.

İnsan ətini xoşlayır. Bəzi əfsanələrdə, onların soyaya nifrət eləməsi bildirilir. Hesab olunur ki, öz nifrətinə nəzarət edə bilməyən insanlar oniyə çevrilə bilər. Çox nadir hallarda oni insanlara qarşı mehriban olur və hətta onların qoruyucusu qismində çıxış edir.

İldə bir dəfə - 3 fevral tarixində Yaponiyada oninin qovulması mərasimi keçirilir.

Yaponiyada qaçdı-tutdu oyunu "oniqokko" ("oni oyunu") adlanır.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne